...

Qırğızıstanda "Böyük İpək yolunda Oş - 2008" adlı ikinci beynəlxalq yarmarka keçəcək

Cəmiyyət Materials 15 May 2008 19:48 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 15 may / Trend , müxbir R.Məşədihəsənli / Qırğızıstanda mayın 23 "Böyük İpək yolunda Oş - 2008" adlı ikinci beynəlxalq yarmarka keçiriləcək. Bu haqda Trend -a Qırğızıstan höküməti yanında turizm komitəsinin sədri Turusbəy Mamaşev bildirib. Komitənin sədri qeyd edib ki, turizmin inkişafı Qırğızıstan üçün strateji və sosial önəm kəsb etməyə başlayıb.

Turizm ölkənin dövlət büdcəsinə daxil olan əlavə vəsaitin mühüm mənbələrindən biridir. Bu mənbədən daxil olan vəsait bilavasitə qonşu sahələr olan ticarət, nəqliyyat və s. bazarlara təsir göstərir.

Mamaşev, həmçinin, qeyd edib ki, turizm sahəsində 2007-ci ilin nəticələrinə görə, 5 mindən artıq müəssisə qeydiyyatdan keçib. Əcnəbi vətəndaşların qəbulundan gələn gəlir - 347 mln. ABŞ dolları təşkil edib, 239 mln. som ölkə dövlət büdcəsinə vergi qismində daxil olub.

"Qırğızıstanın unikal təbii potensialı və zəngin mədəni irsi, turizm sahəsini ölkə iqtisadiyyatının qabaqcıl sektoruna çevirməlidir. Qırğızıstanı turizm ölkəsinə çevirmək üçün hər cür imkanımız var", - Mamaşev əlavə edib.

Xəbər lenti

Xəbər lenti