...

Azərbaycanın "Neftçi" klubu qapıçısını heyətindən uzaqlaşdırıb

Cəmiyyət Materials 19 May 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Neftçi" klubu qapıçısını heyətindən uzaqlaşdırıb. Bu barədə bazar ertəsi Trend a klubun vitse-prezidenti Ramin Musayev məlumat verib. Klub rəsmisinin verdiyi məlumata görə, komandanın təcrübəli qapıcılarından olan Hüseyn Məhəmmədov çempionatın başa çatmasını gözləmədən "Neftçi"dən uzaqlaşdırılıb.

"Neftçi" başa çatmaqda olan futbol çempionatında daha çox Serbiyadan olan qapıçı Vladimir Miçoviçin xidmətindən istifadə edib. Məhəmmədov Bakı klubunda əvəzedici qapıçı funksiyasını yerinə yetirirdi. O, vaxtilə Azərbaycan yığma komandasında da çıxış edib.

Musayev bildirib ki, "Neftçi"dən "İnter" klubuna transfer olunacağı gözlənilən futbolçuların - Zaur Tağızadə, Rəşad Sadıqov və Georgi Adamiyanın qarşıdakı mövsümdə də hazırkı komandalarının formasını geyəcəkləri dəqiqləşib.

"Neftçi" klubu hazırda 52 xalla Premyer-Liqada 3-cü mövqedə yer alıb.

Ukraynalı baş məşqçi Anatoli Demyanenkonun rəhbərlik etdiyi komandanın Azərbaycanı UEFA-İntertoto kubokunda təmsil edəcəyi dəqiqləşib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti