...

Azərbaycan "Eurovision-2008" müsabiqəsinin finalına düşdü

Cəmiyyət Materials 21 May 2008 03:49 (UTC +04:00)
Azərbaycan "Eurovision-2008" müsabiqəsinin finalına düşdü

Azərbaycan, Bakı, 21 may/ Trend / Azərbaycan, mayın 24-də Belqradda keçirilən, "Eurovision-2008" müsabiqəsinin finalına düşdü. "Day after day" mahnısı ilə çıxış edən Samir Cavadzadə və Elnur Hüseynov qələbəyə yaxınlaşdılar.

Müsabiqədə Qövhər Həsənzadənin mahnısı "Day after day" ingilis dilində ifa olundu. Samir və Elnur müsabiqədə yeddinci çıxış etdilər.

Qeyd edək, ki bu il "Eurovision" rekord həddə çatan çox saylı iştrakçıları yığdı - Belqrad şəhərinə 43 ölkədən musiqiçilər gəlmişdir.

19 ölkənin nümayəndələrinin çıxışından sonra səsvermə və müsabiqədə iştirak edənlərin çıxışlarından parçalar göstərildi.

Müsabiqənin şərtlərinə əsasən 19 ölkədən 10 finala vəsiqə qazandı. Azərbaycandan səvai, finala İsrail, Rusiya, Polşa, Yunanıstan, Ermənistan, Finlandiya, Rumıniya, Norveç və Bosnya və Hersoqovina düşdü. İkinci yarımfinal axşamı mayın 22-də keçiriləcək.

Dörd ölkə - müsabiqənin maliyyələşdirilməsində aktiv iştirak edən İngiltərə, İspaniya, Fransa və Almaniya və "Eurovision-2007" müsabiqəsinin qalibi Serbiya avtomatik olaraq finala düşdülər.

Xəbər lenti

Xəbər lenti