...

Təsir altından çıxa bilmirəm – əməkdar artist Naibə Allahverdiyeva

Cəmiyyət Materials 23 May 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /müx. TrendLife Günel Əhmədova

Əməkdar artist Naibə Allahverdiyevanın səhhətində yaranan problemlər aradan qaldırılsa da, aktirsa təsir altından çıxa bilmir. Bu, onun səhnəyə qayıdışına da mane olur. Naibə xanımın TrendLife-a bildirdiyinə görə, bəzi həkimlərin səriştəsizliyi üzündən o, uzun illər beli nahiyəsindəki ağrılardan əziyyət çəkərək, yataq xəstəsi olub. Artıq ayaqlarının üstündə durmağı bacaran aktirsa ötən illəri xatırlamaq istəmədi. Lakin aktirsa səhnədə çıxış edəcək qədər özünü gümrah hiss etmir:

"Bir-iki il əvvəli düşünəndə, bu günümə çox şükür edirəm. Vəziyyətim ürəkaçan deyildi. Bir də ayaqlarım üzərində sərbəst dura biləcəyimə inanımım qalmamışdı. Nəhayət, etibarlı həkimin əlinə düşdüm və problem qismən aradan qaldırıldı. Lakin zaman öz izini buraxıb. Hələ də həmin günlərin təsiri altından çıxa bilmirəm".

Ailə həyatında da uğursuzluqlar yaşayan Naibə Allahverdiyeva təsəllini övladından aldığını söylədi. O, səhnəyə çıxacağı gün hər şeyi unudacağını əminilklə söylədi:

"Həkimin məsləhəti ilə hələ bir müddət ev şəraitində olmalıyam. Ara-bir ekranlara həmsöhbət kimi çıxıram. Amma tez yoruluram. Başa düşürəm ki, bü vəziyyətdə tamaşa oynaya bilmərəm. Müalicəm davam edir, həkimin məsləhəti ilə, özüm də inanıram ki, sentyabrda çalışdığım Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxa biləcəm. Uzun fasilədən sonra yeni obrazlarda oynamaq istəyirəm".

Xəbər lenti

Xəbər lenti