...

Azərbaycanda həbs olunmuş Müstəqil Türkiyə Partiyasının sədr müavini azadlığa buraxılıb

Cəmiyyət Materials 23 May 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir K.Zərbalıyeva/ Müstəqil Türkiyə Partiyası sədrinin müavini Mehmet Harun Kayacı cümə günü Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qayacı ötən ilin oktyabrında Respublika Hərbi Prokurorluğu tərəfindən həbs olunub. Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə (168-ci) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Xəqani Tağıyev Trend -a bildirib ki, məhkəmənin hökmü ilə Kayacı və Lənkəran Lətifov islah işi ilə cəzalandırılıb və onların həbsdə saxlanıldığı müddət cəzaya hesablanaraq məhkəmə zalından azad ediliblər.

Gökhan Dəmir isə şərti maliyyə vahidinin 100 misli məbləğində cərimələnib və onun həbsdə olduğu müddət nəzərə alınaraq cərimənin məbləği şərti maliyyə vahidinin 500 misli məbləğində müəyyən edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti