...

Azərbaycanın qadın voleybol yığma komandası beynəlxalq turnirdə qələbə qazanıb

Cəmiyyət Materials 24 May 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandası Dubayda keçirilən beynəlxalq turnirdə qələbə qazanıb. Bu barədə Trend -a Azərbaycan Voleybol Federasiyasının (ABF) mətbuat xidməti məlumat verib.

Qadın voleybolçularımız Fransa yığma komandasını hər üç setdə məğlub ediblər.

Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycanın qadınlardan ibarət yığma komandasının bu turnirdə iştirakında əsas məqsəd gələn il Polşanın Poznan şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıqdır.

Dubayda keçirilən turnirin mükafat fondu bir milyon dollardır.

Turnir mayın 27-də başa çatacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti