...

"Şur" kompazisiyası məni növbəti əsərimə başlamaq stimulu verəcək – xalq artisti Arif Məlikov

Cəmiyyət Materials 26 May 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Günel Əhmədova

Azərbaycan Dövlət Filarmoniyasında "Şur" muğam kompazisiyasını dinləyən xalq aritsti, bəstəkar Arif Məlikov təssüratlarını TrednLife-la bölüşüb. O, bildirib ki, son bir neçə ayda onun ruhuna bu qədər yaxın olan proqram dinləməmişdi:

"Açıq etiraf edim ki, Filarmoniyada keçirilən əksər simfonik proqramları dinləmişəm. Uşaqların ifasını, həmçinin teatr rəhbərliyinin bu ideyasını alqışlamağa dəyər".

Daha çox irihəcmli əsərlərin müəllifi olan Arif Məlikovun etirafına görə, Azərbaycanın muğamı qədər insanın ruhuna yaxın olan ikinci musiqi yoxdur:

"Maraqlısı həm də budur ki, uşaqların səsi bir-birinin təkrarı deyil. Yəni, hər birinin avazı qulağı oxşayır. Layihədə axıclıq var. Belə bir musiqiyə qulaq asmaq insanı böyük əsərlər yazmağa sövq edir. Lakin hərdən elə musiqilər eşidir və həvəsdən düşürəm. İnanıram ki, eşitdiyim xoş avaz mənə növbəti əsərimə başlamaq stimulu verəcək".

Xəbər lenti

Xəbər lenti