Azərbaycan, Bakı, 30 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandası Avropanın üç ölkəsində keçiriləcək dünya kubokunun mərhələ yarışlarında iştirak etmək üçün bu gün bir aylıq səfərə çıxıb. Bu barədə cümə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
Baş məşqçi Vasili Kovbanovski və AMAF-ın prezidentinin məsləhətçisi Valeri Dosenkonun rəhbərlik etdikləri heyətdə dörd idmançı yer alıb. Bu idmançılardan Fikrət Zeynalovla Elmar Məmmədov kayak, Aleksandr Kasatkinlə Valentin Demyanenko kanoe qayıqlarında qüvvələrini sınayacaqlar.
Avarçəkmə idmanı üzrə dünya kubokunun ilk mərhələsinin oyunları Macarıstanın Zeqed şəhərində keçiriləcək. İkinci mərhələnin görüşləri Almaniyanın Duysburq şəhərində baş tutacaq. Sonuncu mərhələnin oyunları isə 27-29 iyunda Polşanın Poznan şəhərində keçiriləcək.