...

"Neftçi" futbol klubuna Türkiyə, Ukrayna və Rusiyadan futbolçular gələcək

Cəmiyyət Materials 30 May 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu Türkiyədən, Ukraynadan və Rusiyadan olan legioner futbolçularla güclənəcək. Bu barədə cümə günü Trend -a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev məlumat verib.

Azərbaycan Premyer-Liqasının yeni başa çatan mövsümündə bürünc medalları qazanan "Neftçi" klubu bir müddət əvvəl Bolqarıstandan olan Marko Dafçevlə üç illik müqavilə bağlayıb. Ondan başqa, Premyer-Liqanın ikinci dövrəsində "Neftçi"də çıxış edən estoniyalı legioner Dmitri Kruqlovla da iki illik müqavilə bağlanılıb.

Vitse-prezidentin bildirdiyinə görə, "Neftçi" komandası UEFA-İntertoto kubokunun ilk mərhələsinin oyunlarına Bakıda hazırlaşacaq. "Neftçi" UEFA-İntertoto kubokunda ilk oyununu iyunun 21-22-də Bakıda keçirəcək.

Musayev deyib ki, "Neftçi"yə daha çox hücumçu mövqeyi üçün oyunçular lazımdır.

"Neftçi" klubunun baş məşqçisi ukraynalı Anatoli Demyanenkodur. Hazırda Ukraynada istirahətdə olan baş məşqçi Bakıya iyunun 5-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti