...

Azərbaycanlı dirijor Eyyub Quliyev Sank-Peterburqda keçirilən festivalda çıxış edib

Cəmiyyət Materials 30 May 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx. TrendLife Safura/

May ayının 25-də Sank Peterburqda keçirilən "Musiqi Olimpi" XIII beynəlxalq festivalın açılışında azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev də iştirak edib. Sank-Peterburqun məşhur Ermitaj Teatrında həmyerlimiz Ermitajın Dövlət Simfonik orkestrinə dirijorluq edərək, maraqlı çıxış nümaiş etdirib. Qeyd edək ki, Eyyub Quliyev bu festivala dəvət alan ilk və yeganə Azərbaycanlı dirijordur.

Konsertdə A. Petrovun, L.Bethovenin, S.Prokofyevin, F.Martenin əsərləri səslənib. Festivalın iştirakçıları müxtəlif ölkələrin gənc, istedadlı musiqiçiləri N.Rekstrot (Almaniya), M.Zdunik (Polşa), Y.Avdeyeva (İsveçrə), İ.Stolbov (Rusiya), və F. Milişer (Fransa) olmuşlar. Onlar ilə bərabər "Musiqi Olimpi" XIII festivalında iştirak edən Eyyub Yuliyev konsertin anşlaqla bitdiyini söyləyib. Səfəri haqqında TrendLife-a məlumat verən dirijor, həmin gecədə müxtəlif ölkələrin diplomotik korpusları və ictimai təşkilatlarının nümayəndələrinin, Rusiyanın tanınmış sənət adamlarının və ictimai xadimlərin iştirak etdiyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti