...

Hiss edirəm ki, orta əsrlərə qayıdırıq-Polşa rejissoru Kşıştov Zanussi

Cəmiyyət Materials 2 İyun 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. TrendLife Eldar Hüseynzadə/

"Şərq-Qərb" festivalının ikinci günü dəyirmi masa ilə başladı. TrendLife-ın verdiyi məlumata görə, tədbir "Milli kinemotoqraf və kinoprokat: problem və pespektivlər" mövzusu adı altında keçib. Kinoçular tədbirə gecikirdilər. Dəyirmi masa az adamın iştirakı ilə açıldı. Hətta jurnalistlər kinoçulardan çox müzakirələr aparırdılar. Festivalın əsas iştirakçıları Rüstəm İbrahimbəyov, Kşıştof Zanussi, Pavel Finn vaxtında tədbirə yetişdilər. Bir az keçmiş, Pavel Çurxay da gəlib çıxdı. Təssüf ki, Nataliya Fateyeva tədbirdə yox idi. Tədbiri giriş sözü ilə R. İbrahimbəyov açdı. Bir az danışdıqdan sonra, Qırğız kinosunu Avropa da məhşur olduğunu vurğuladı. Və mikrafonu kırğız rejissoruna ötürdü.

Qeyd edək ki, Qırğızıstanda son illər kino sahəsində müsbət irəlləyişlər müşahidə etmək olar. Bu ölkədə çalışan rejissorlar qərb tamaşaçılarının marağına səbəb olublar. Avropanın müxtəlif forumlarında görünüblər. Ən əsası azərbaycan rejissorlarının edə bilmədiyini, dünya bazarına çıxıblar.

"Biz gənc rejissor nəslini yetişdirməyə müvəffəq olduq. Həmin gənclər indi qısametrajlı filmlər çəkirlər",-deyə qırğız qonağı bildirib.

Təssüf ki, Azərbaycanda belə şey yoxdur.Çəkilən filmlərin çoxu dövlət sifarişi ilədir. Özəl biznes sahibləri kinonun çəkilməsinə sərmayə xərcləmirlər. Bu da kinonun inkişaf prosesini ləngidir. Bu mövzu ilə əlaqədar Kşıştof Zanussi öz fikirlərini bölüşüb. "Əgər neft, qaz, kükürd ehtiyatları hələ tükənməsə də, insanların vaxt çərçivəsi qısalıb. İnsanlarda demək olar ki, mütaliə və kinematoqrafiyaya vaxtı yoxdur. Əgər indi onlar mənim filmimi izləyiblərsə, onda get-gedə film izləmək marağı daha da azalacaq. Dünya bazarında demək olar ki, boş yer yoxdur. Onu tapmaq üçünsə, çox çalışmaq lazımdır. Tamaşaçı yüksək büdcəli filmlərə baxmağa gedir. Əgər film üçqəpiklikdirsə, heç kim onu izləmir. Bu indiki insanların düşüncələridir. Götürsək Portuqaliyanın filmlərini onlar oradaca nümayiş olunur. Kinemotoqrafiyadan danışanda qeyd edim ki, insanda yeni sivilizasiya doğulur. Buna baxmayaraq, mənə elə gəlir ki, ortaəsrlərə qayıdırıq. Bu məni çox sevindirir. İndi çəkilən yüz filmdən biri uğurlu alınır. Bu da o deməkdir ki, kinonun səviyyəsi aşağı düşüb",deyə Zanussi bildirib.

P. Çuxray öz növbəsində çəkdiyi filmlərin aqibətindən, beynəlxalq arenaya çıxmasından danışdı. Dəyirmi masa arxasında maraqlı müzakirələr oldu. Ümid edək ki, belə tədbirlər azərbaycan kinosuna da müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti