...

Tələbəm olan Lalə Axundovaya görə çox xoşbəxtəm-rusiyalı ssenariçi Pavel Finn

Cəmiyyət Materials 3 İyun 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Pavel Finn bu günkü gündə ən təcrübəli ssenariçilərdən sayılır. O, artıq 38 ildir ki, kino sahəsindədir. Bu illər ərzində P. Finn qırxa yaxın filmlərin ssenarisini yazıb. O, azərbaycanlı kinemotoqrafçıları ilə də çalışıb. O, ilk dəfə deyil ki, Bakıdadır. Onunla müsahibə etmək arzusunda olduğumuzu bildirdik. O, da böyük məmuniyyətlə bizim suallarımızı cavablandırdı.

-Pavel Konstantinoviç sizi "Şərq-Qərb" festivalın ən yaxşı dostlarından biri adlandırmaq olar.

-Çox sağ olun. Mən ilk dəfə Bakıya, festival yeni təsdiq olunanda gəlmişdim. Bu on iki əvvəl baş vermişdi. Düzünü desəm Bakıya festivaldan-festivala gəlmirəm. Azərbaycanda çoxlu dostlarım var. Ən yaxın dostum İbrahimbəyov qardaşlarıdır. Bakını gözəlliyinə görə sevirəm. Bura gələndə elə bil ki, öz vətənimdəyəm. Çox istərdim ki, "Şərq-Qərb" festivalı tez-tez keçirilsin. Bilirəm buna görə prezident İlham Əliyev nələr edir, İbrahimbəyov necə çalışır. "Şərq-Qərb" festivalında yeni filmlər olur. Bura müxtəlif tanınmış rejissorlar gəlir. Bu gün burada Kşıştof Zanussini, Pavla Çuxrayı görürük. Festivalı mütləq qoruyub saxlamaq lazımdır. Bu bizim hamımızın borcudur.

-Siz müasir azərbaycanlı kinemotoqrafları ilə tanışsınızmı? Bəlkə onların hansısa filmini izləmisiniz...

-Təssüf ki, son zamanlar durmadan işləyirəm. Hazırda kazax kinemotoqrafçıları ilə birgə layihə üzərində işləyirəm. Bu da çox vaxt aparır. Lakin Rüstəm İbrahimbəyovun işləri ilə tanışam. Mən nəinki onun kino, hətta teatr işlərini də izləyirəm. Maqsud İbrahimbəyovun, Anarın yazdığı əsərlər həmişə marağıma səbəb olub. Onlar hamısı mənim dostumdur. Azərbaycan mədəniyyətini həm sevir, həm dəyərləndirirəm.

-Bilirəm ki, azərbaycanlı gənc rejissor Lalə Axundovanın müəllimi olmusunuz.

-Bakıya gəlməmişdən iki gün öncə Lalə Axundova mən dərs dediyim Ali rejissor kurslarına gəldi. O, Kanada da "Dost" filminə görə iki mükafatla təltif olunub. Bu mükafatlar yaxşı rejissor və ssenari işinə görə verilmişdi. Mən Laləyə görə çox xoşbəxtəm.

-Deyirsiniz ki, kazaxlı kino xadimləri ilə çalışırsınız. Azərbaycanlı rejissorlarla işləyərsinizmi?

-Bu mənim üçün çox maraqlı olardı. Axı, sizdə də istedadlı rejissorlar çoxdur. Çox istərdik ki, azərbaycanlı gənc kinemotoqrafçılar bizimlə əməkdaşlıq etsinlər. Əlbəttəki, bizim də öz çətinliyimiz var. Yəqin ki, yaxın zamanlarda birgə layihəmiz olar. Ola bilər ki, Lalə Axundova onların ssenarisini yazsın.

Xəbər lenti

Xəbər lenti