...

Azərbaycanın Opera və Balet teatrının kollektivi yenidən Münxenə dəvət olunub

Cəmiyyət Materials 4 İyun 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Münxen opera incəsənət festivalının direktoru Lüdviq Bauman Azərbaycan Dövlət Opera və Balet Teatrınının rəhbərliyinə yüksək səviyyəli tədbirdə iştirak etmək üçün rəsmi dəvət göndərib. Bu haqda TrendLife-a teatr administrasiyasından məlumat verilib. İyulun 24-dən avqustun 4-nə kimi teatrın simfonik orkestri "Traviata", "Riqoletto", "Trubadur" tamaşaları ilə çıxış edəcəklər. Ən əsası isə "Riqoletto" partisini ifa etmək üçün Opera və Balet Teatrının solisti Əvəz Abdullayev ora dəvət olunub. "O, avropa səviyyəsində opera səhnəsinin ulduzuna çevrilə bilər"-deyə festivalın bədii rəhbəri Korneliya fon Kersenbork söyləyib.

Festivalda Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri dünya musiqisinin klassikləri ilə bərabər səslənəcək. Gecədə orkestrə Münxen festivalın baş dirijoru K.fon. Kersenbork, Opera və Balet Teatrının dirijoru Cavanşir Cəfərov dirijorluq edəcək.

Münxen festivalına Avropadan, Latın Amerikadan, ABŞ-dan Yaponiyadan dirijorlar təşrif buyuracaqlar.Onu da qeyd edək ki, Azərbaycanın Opera və Balet Teatrı artıq ikinci dəfədir ki, bu festivalda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti