...

Azərbaycanlı futbolçular Almaniya çempionatında çıxış edə bilərlər – almaniyalı baş məşqçi

Cəmiyyət Materials 6 İyun 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının ən böyük problemi heyətdə sol ayağı ilə oynamağı bacaran futbolçuların olmamasıdır. "Ən böyük problem odur ki, bizdə solaxay futbolçular yoxdur. Müdafiədə və yarımmüdafiədə hücuma yüksək səviyyədə qoşula bilən futbolçularım olsaydı, çox sevinərdim", cümə günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına açıqlamasında Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib.

Azərbaycan millisi Foqtsun rəhbərliyi altında iyunun 1-də Bosniya və Herseqovina ilə yoxlama oyununda 0:1 hesabı ilə məğlub olaraq, iyunun 4-də Andorra ilə görüşdə 2:1 hesabı ilə qələbə qazanıb.

Baş məşqçi deyib ki, AFFA rəhbərliyi dünya çempionatının seçmə mərhələsində Uels, Lixtenşteyn və Finlandiya ilə oyunların Lənkəran şəhərindəki stadionda keçirilməsinə çalışacaq. "Milli komandaya azarkeş dəstəyini artırmaq lazımdır. Stadiondakı atmosfer futbolçular üçün çox vacibdir. Azarkeşlərin dəstəyi futbolçulara əlavə güc verir" - deyə Foqts əlavə edib.

Azərbaycan yığma komandası rəsmi və yoldaşlıq oyunlarını Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda və "Şəfa" arenasında keçirir.

Foqts Andorra ilə yoldaşlıq oyununda Almaniyadan olan seleksionerlərin Azərbaycan yığma komandasının futbolçularını izlədiyinə əmin olduğunu bildirib. O deyib ki, azərbaycanlı futbolçular Almaniya çempionatının ikinci liqasında və birinci liqasının autsayderlər qrupunda yer alan klublarında çıxış edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti