...

"Yozef Qoslavskinin evi köhnə Bakıda Polşa küncünü xatırladır"- Yozef Qoslavskinin nəvəsi

Cəmiyyət Materials 11 İyun 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Mən çox xoşbəxtəm ki, Bakıda tanınmış polşalı memar Yozef Qoslavskinin xatirəsi belə yüksək hörmətlə anılır. Buna görə prezident İlham Əliyevə və birinci leydi Mehriban Əliyevaya minnətdaram. Qoslavski elə insanlardan biridir ki, onun sayəsində Azərbaycan-Polşa münasibətləri fəal şəkildə genişlənib",-bu sözləri bugün Polşanın birinci xanımı Mariya Kaçinski tanınmış polşalı memarının barelyefinin açılışında söyləyib.

TrendLife-ın verdiyi məlumata görə, barelyef memarın 1902-1904-cü illərdə yaşadığı binananın divarında qoyulub. Memar 39 yaşında dünyasını dəyişib.

"Yozef Qoslavskinin evi köhnə Bakıda Polşa küncünü xatırladır. Mənim anam bu evdə dünyaya göz açıb. Son illər burada başqa bir memar yaşayıb. Ev Qoslavskinin bacısı Mixalina Qoslavkiyə aiddir. O, xəstə insanın bütün qayğısını öz üzərinə götürmüşdü. Qoslavski rəhmətə gedəndə 39 yaşı vardı. O, məhz bu yaşında əsas şedevrləri yaradır: Z. Tağıyevin evini, Bakı Dumasını. Biz onun kabinetini qoruyub saxlayırıq. Burada qonaqlar çox olur",-deyən Qoslavskinin nəticəsi İrina Qeorqievna Trofimova-Xaitskaya TrendLife-a söyləyib.

Onun evində 1920-ci illərin əvvəllərində Serqey Yesenin və Vladimir Maykovski yaşayıb. Yesenin hətta o evdə özünü güllə ilə vurub. Güllənin hələ də izi evin divarındadır.

Xəbər lenti

Xəbər lenti