...

Avropa Şurası uşaqların fiziki cəzalandırılmasına qarşı təşəbbüslə çıxış edib

Cəmiyyət Materials 11 İyun 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir C.Babayeva/ Avropa Şurası "Avropanın uşaqlar üçün və uşaqlarla qurulması" proqramı çərçivəsində, uşaqların fiziki cəzalandırılmasına qarşı təşəbbüslə çıxış edib. Bu təşəbbüsün beynəlxalq səviyyədə startı Xorvatiya hökumətinin baş nazirinin müavini və Ailə, veteranların işləri və nəsillərarası həmrəylik üzrə naziri xanım Yadranka Kosorun (Jadranka Kosor) təşkilatçılığı ilə iyunun 15-də Xorvatiyada Zaqreb Kukla Teatrında veriləcək. Bu barədə Trend -a Avropa Şurasının Bakı ofisindən məlumat verilib.

Məlumata əsasən, tədbirdə bir sıra ölkə və beynəlxalq təşkilatlardan olan yüksək səviyyəli nümayəndələr, parlamentarilər, yerli hakimiyyət orqanları, tanınmış şəxslər, jurnalistlər, ombudsmanlar, uşaqlı ailələr, QHT-lər və peşəkar şəbəkələrin təmsilçilərini iştirak edəcək. Tədbirdə uşaqların bədən cəzasının ləğvi ilə bağlı debatlar keçiriləcək, "Kötəklənmənin əleyhinə çıxın" adlı telesüjet təqdim olunacaq.

Arayış: 2008-ci ilin aprelində Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, Latviya, Niderland, Norveç, Rumıniya, Portuqaliya, İspaniya, İsveç və Ukrayna bütün hallarda uşaqlara bədən cəzası verilməsini qadağan edən qanunlara malikdirlər. Digər Avropa ölkələri onu məktəblərdə və ya cəzaçəkmə müəssisələrində qadağan edib, amma qadağa ailədaxili cəzaya hələ ki, şamil edilməyib.

Avropa Şurası onun üzvü olan 47 ölkənin hər birində uşaqlara bədən cəzası verilməsinin qanundan kənar elan olunmasını və ailələrin zorakılıqdan azad olmasına valideynləri həvəsləndirmək üçün, hökumətlər tərəfindən pozitiv valideynlik proqramlarının hazırlanmasını istəyir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti