...

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 17 İyun 2008 13:21 (UTC +04:00)
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti ikinci ongünlüyün sonuna qədər qeyri sabit keçəcək. Bu barədə çərşənbə axşamı Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Trend -un arayışı: İyun ayı Azərbaycanda hava şəraiti qeyri-sabit keçir. Ölkənin əksər rayonlarında dolu düşüb, leysan yağışlar intensiv olub.

Tağıyeva deyib ki, iyunun 21-nə kimi Azərbaycanın əksər rayonlarında axşam saatlarında yağış yağacaq, dağətəyi ərazilərdə yağışlar leysan xarakteri daşıyacaq. Paytaxt Bakıda və Abşeron yarımadasında əsasən güclü şimal küləyi üstünlük təşkil edəcək. Temperatur iqlim normasından 1-2 dərəcə aşağı olacaq. Günorta saatlarında temperatur 25-27 dərəcə təşkil edəcək.

Tağıyevanın sözlərinə görə, iyunun 21-dən sonra hava nisbətən sabitləşəcək və temperatur yüksələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti