...

Azərbaycanın futbol klubunun türkiyəli futbolçunu tranfser etməsinə müqavilə problem yaradıb - prezident

Cəmiyyət Materials 18 İyun 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun bir illik müqavilə bağladığı Makedoniyadan olan futbolçu Artim Şakiri karyerasını davam etdirəcəyi ölkə haqqında çox şey bilmir. "Azərbaycan futbolu ilə bağlı elə də çox şey bilmirəm. Makedoniya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı oynayanda müəyyən məlumatım var idi. Mən bura bir çox səbəblərə görə gəlmişəm. Bu komandanın Türkiyədən olan baş məşqçisi Rasim Karanı tanıyıram",- çərşənbə günü "Qarabağ"ın bazasında keçirilən mətbuat konfransında Şakiri deyib.

Şakiridən əvvəl Makedoniya yığma komandasının daha bir keçmiş üzvü olan İlami Halimi Bakının "Olimpik" klubunda çıxış edib. Halimi son mövsümdə "Olimpik"in heyətində Premyer-Liqanın gümüş medalını qazanıb. Hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edən Şakirinin 35 yaşı var.

Mətbuat konfransında iştirak edən "Qarabağ" klubunun prezidenti Tahir Gözəl bildirib ki, o, Türkiyənin "Qalatasaray" komandasının təcrübəli futbolçusu Hasan Şaşın transferinin baş tutmasına da çalışıb. "Şaşla transfer danışıqları apardıq. Özüm də bu futbolçunun "Qarabağ"a keçməsini çox istəyirdim. Amma futbolçunun "Qalatasaray"la bir illik müqaviləsi olduğundan, Azərbaycana gəlməsində problem yarandı" - deyə klub prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti