...

Milli brend yaratmaq asan məsələ deyil – modelyer Fəxriyyə Xələfova

Cəmiyyət Materials 25 İyun 2008 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /TrendLife müx. Günel Əhmədova

Avropaya inteqrasiyaya can atan modelyerlərimizin milli brendi hələ də təşəkkül dövrünü yaşaya bilmir. Hələ də mağazalarda dünya markaları ilə yanaşı dayanan yerli istehsala rast gəlmək olmur. Bu sahədə fəallıq göstərən modelyer Fəxriyyə Xələfovanın Şərqi xatırladan parfum istehsalı artıq həllini tapmağa yaxınlaşır. Milli brend barəsində isə modelyer TrendLifa-a bəzi açıqlamalar verdi. Bu işin bir o qədər asan olmadığın diqqətə çatdıran modelyer:

"Bildiyiniz kimi Azərbaycanın ən məşhur modelyerlərinin hər birinin brendi və moda evi var. Lakin moda sahəsində Avropaya və dünyaya çıxış üçün yetərli nailiyyət əldə olunmayıb. Bunun üçün bir qədər də çalışmalıyıq. Düzdür brendləşmə prosesi son vaxtlar Azərbaycanda fəallaşmağa başlayıb. Bu, moda sahəsində çalışanların arzusudur. Lakin milli brend yaratmaq bir o qədər asan məsələ deyil. Bu biznes o qədər cətindir ki, fəaliyyətə basladınmı, dayanmamalısan və formalar axtarıb tapmalısan. Istehsal edilən məhsullar, onların cesidi və digər məsələlər o qədər məsuliyyətlidir ki, xüsusi menecment tələb edir. Mənim tək yaradıcılıgım və adım bunu həyata kecirmək ücün kifayət etmir. Düsünülmüş strateji bir menecment olmalıdır ki, marka yüksəlsin və müxtəlif tələbatları ödəyə bilsin. Məsələn, bir nümunə cəkim. Uzun illər "Chanel" moda evi dodaq və dırnaq boyalarının satısından bütün gəlirini əldə edir. "Dolce Qabbana" isə ən böyük gəliri krossovka və cins geyimlərindən götürür. Amma həmin markalar təkcə adını çəkdiyim məhsulların istehsalı ilə məşğul deyil. Ümumiyyətlə, brendləsmə işi cox cətindir" dedi.

Fəxriyyə xanımın əlavəsinə görə, avropalı modaçılar brend yaratmaq istəyənlərə şans yaradıb. Onun fikrincə, fürsəti qaçırmaq istəməynələr Avropada 6 aylıq kurs keçə bilərlər. Özünün moda sahəsində kifayət qədər təcrubəsinin olmasına baxmayaraq Fəxriyyə xanım da həmin kursa yazılmaq niyyətində olduğunu gizlətmədi:

"Etiraf edim ki bu işin gəlirini də düsünmək lazımdır. Cünki brend təkcə istehsalat yox, eyni zamanda böyük reklam tələb edir. Modanın həmisə reklama ehtiyacı olub. Reklam strategiyası da maraqlı və diqqətcəkən

olmalıdır".

Xəbər lenti

Xəbər lenti