Avstriya, Vyana, 26 / Trend müxbir A.Ələskərov/ Bu gün ATƏT-in Hofburq sarayında Azərbaycan silahlı Qüvvələrinin 90-illiyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Səfirin, hərbi ataşenin və digər diplomatların qatıldığı tədbiri Azərbaycanın Avstriyadakı səfirliyi təşkil edilmişdir. Vyanada akreditə olunmuş müxtəlif xarici ölkələrin hərbi və diplomatik korpusun nümayəndələri iştirak edirdilər.
Azərbaycan silahlı Qüvvələrinin hal hazırki vəziyyəini əks etdirən kino göstərilmişdir.
Çıxış edən səfir Fuad İsmaylov bildirmişdir ki, Azərbaycan ordusu böyük nailiyyətlər əldə etmişdir.
O, Azərbaycan ordusunun quruculuğundan və onun NATO və BMT kimi təşkilatlarla əməkdaşlığından danışdı.
Tədbirin sonunda qonaqlar üçün ziyafət verildi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]