...

Azərbaycanın ali məktəblərində III ixtisas qrupu üzrə 9052 plan yeri ayrılıb

Cəmiyyət Materials 27 İyun 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir C.Babayeva/ 2008-2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərində III ixtisas qrupu üzrə 9052 plan yeri ayrılıb. Bu barədə cümə günü Bakıda jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, III ixtisas qrupu üzrə iyunun 29-da keçiriləcək qəbul imtahanının nəticələri iyulun 3-də elan olunacaq. "Ballar elan olunduqdan sonra abituriyentlər iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə ixtisas seçəcəklər", - deyə Abbaszadə bildirib.

TQDK sədrinin bildirdiyinə görə, III ixtisas qrupu üzrə qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu və imtahan gedişi ilə əlaqədar vətəndaşların müraciətləri TQDK tərəfindən yaradılmış Apellyasiya Komissiyasında iyunun 30-u və iyulun 1-də yazılı şəkildə qəbul olunacaq.

Trend -un arayışı: III ixtisas qrupu üzrə 40552 abituriyent ərizə təqdim edib. Bu il bu qrup üzrə ali təhsil almaq istəyənlərin sayı ötən illərlə müqayisədə (2007/2008 - 40109; 2006/2007 - 30858) daha çoxdur.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti