...

Azərbaycanın FİLA - da nümayəndəsi ola bilər - Federasiya prezidenti

Cəmiyyət Materials 27 İyun 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Güləş Federasiyasının Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasında (FİLA) nümayəndəsi ola bilər. "Biz istərdik ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsində Azərbaycan Güləş Federasiyasının da nümayəndəsi olsun. Biz hələ bu məsələdə namizədimizi müəyyənləşdirməmişik, ", - cümə günü Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əlievin xatirəsinə həsr olunmuş gülş üzrə "Qızıl Qran-pri" turnirinin açılış mərasimində jurnalistlərlə söhbətində Azərbaycan Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov deyib.

Federasiya prezidenti bildirib ki, yayda keçiriləcək Pekin Olimpiadasına gedəcəkləri müzakirə olunan güləşçilər Namiq Abdullayevlə Namiq Sevdimovun namizədliyi məsələsinə "Qızıl Qran-pri" turnirində aydınlıq gələ bilər.

"Bu iki güləşçidən Olimpiadaya hansının daha layiq olduğunu bu turnir göstərəcək. Mən bu məsələdə ciddi problem görmürəm", - deyə Məmmədov əlavə edib.

Pekin Olimpiadasına 55 kq çəki dərəcəsində Sevdimov lisenziya qazansa da, son vaxtlar daha təcrübəli olan Abdullayevin bu böyük turnirdə Azərbaycanı təmsil edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti