...

Qazaxıstanlı azərbaycanlı Romanın fəxri alimidir

Cəmiyyət Materials 30 İyun 2008 15:42 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 iyun/ Trend , müxbir K.Konırova/Qazaxıstanda Azərbaycan Mərkəzləri İttifaqının Prezidenti Vidadi Salahov Roma Akademiyasının medalı və təbii elmlər fəxri diplomuna, eləcə də Romanın fəxri alimi adına layiq görülüb, - Trend -a Astanadakı Azərbaycan diaspor nümayəndəliyindən bildiriblər.

"Bu mükafat və ad mənə "Avroasiya inteqrasiyası", "Beslan faciəsi və onun nəticələri", "Turançılıq- pantürkizmin təzahürü deyil" mövzularındakı işlərimə görə verilib",- Salahov deyib.

Xəbər lenti

Xəbər lenti