...

"Nə? Harada? Nə zaman?" oyunun X çempionatı Batumidə keçiriləcək

Cəmiyyət Materials 2 İyul 2008 12:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 iyul /TrendLife müx. N. Kirsxalia/

İyulun 11-dən 13-nə kimi Batumidə Cənubi Qafqaz üzrə "Nə? Harada? Nə zaman?" oyununun yubiley çempionatı keçiriləcək. Festivalın baş sponsoru "Bank-Gürcüstan"-dır. Böyük kubok uğrunda Azərbaycandan, Gürcüstandan, Ermənistandan olan 40 komanda mübarizə aparacaq. Oyunlar "Basko" basketbol zalında keçəcək. Festivalın juri üzvləri bunlardır: Aleksandr Druz (Sankt-Peterburq), Boris Burda (Odessa), Aleksandr Rubin (Moskva), aparıcı Leonid Klimoviç (Qomel), redaktor Konstantin Naumenko (Kiev).

Tədbir Acar Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti