...

Futbol üzrə Azərbaycan kubokunun qalibi Slovakiya komandasına uduzub

Cəmiyyət Materials 7 İyul 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Slovakiynın "Slaven Bratislava" komandası ilə yoxlama oyununda 1:2 hesabı ilə məğlub olub. Bu barədə bazar ertəsi Trend -a "Xəzər-Lənkəran" klubunun mətbuat xidməti məlumat verib.

Futbol üzrə Azərbaycan kubokunun sonuncu qalibi olan "Xəzər-Lənkəran" komandası "Slaven Bratislava" ilə təlim-məşq toplanışı keçdiyi Avstriyanın Zaltsburq şəhərində oynayıb. Azərbaycan komandasının yeganə qolunu Afrikadan olan legioner hücumçusu Yakuba Bamba vurub.

Mətbuat xidmətinin verdiyi məlumata görə, "Xəzər-Lənkəran" Avstriyada sonuncu oyununu iyulun 9-da Ukraynanın "Metallurq" komandasına qarşı keçirəcək.

Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovdur.

Xəbər lenti

Xəbər lenti