Azərbaycan, Naxçıvan. 8 iyul / Trend , müxbir E.Məmmədov/Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna güclü dolu yağıb.
7 iyul tarixində axşam tərəfi saat 20.45-dən 21.00-dək davam edən dolu rayonun Qıvraq qəsəbəsi, Qabullu, Yurdçu, Qarabağlar və Çalxanqala kəndlərinin əkin sahələrinə ciddi ziyan vurub.
ї Trend їun bölgə müxbirinin məlumatına görə güclü külək və dolu nəticəsində Çalxanqala kəndində 100 illik ağaclar kökündən qopub.
Qeyd edək ki, may ayının 19-da da Naxçıvan MR-in Kəngərli rayonuna bu cür güclü dolu düşmüşdü.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]