...

Azərbaycanda jurnalistlər sosial ipoteka alan təbəqəyə daxil edilməlidir-Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 8 İyul 2008 16:32 (UTC +04:00)
Azərbaycanda jurnalistlər sosial ipoteka alan təbəqəyə daxil edilməlidir-Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 08 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mətbuat Şurası hesab edir ki, Azərbaycanda jurnalistlər sosial ipoteka alan təbəqəyə daxil edilməlidir.

"Azərbaycanda jurnalistlərin sosial ipoteka alan təbəqəyə daxil edilməsi üçün dövlət başçısına müraciət etməyi düşünürük" - çərşənbə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Azərbaycanda ipoteka kreditləşməsi 2005 -ci ildən tətbiq olunmağa başlayıb. 2007- ci ilin yanvarın 23 - də isə? prezidentin fərmanı ilə güzəştli kreditlərin tətbiqinə başlanılıb.

Azərbaycanda jurnalistlər, orta hesabla, 200 manat əmək haqqı alırlar.

Amaşovun sözlərinə görə, bu məsələ iqtisadçılarla birgə muzakirə olunacaq və jurnalistlərin ipoteka kreditlərindən yararlanması üçün çıxış yolları axtarılacaq. "Jurnalistlərin sosial problemlərinin həlli üçün real addımların atılmasının vaxtı çatıb. Ona görə də, Mətbuat Şurasının əsas fəaliyyət istiqamətlərindən biri jurnalistlərin sosial problemləri olacaq" -Şura sədri əlavə edib.

İqtisadçı Vüqar Bayramov isə, çərşənbə axşamı Trend -a bildirib ki, jurnalistlərin adını sosial ipotekadan yararlanan təbəqənin siyahısına daxil edilməsi mümkündür. Onun sözlərinə görə, sosial ipotekadan hazırda hərbçilər, məcburi köçkünlər, şəhid ailələri, elmi dərəcəsi olanlar, sərhəd qoşunlarında işləyənlər yararlanır. "Mənim fikrimcə, jurnalistlərin əmək haqqı azdır və jurnalistlər başqa yolla mənzil almaq imkanında deyillər",- deyə Bayramov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti