...

Azərbaycanın "Olimpik" futbol klubunun UEFA kubokundakı oyunlarının hakimləri məlum olub

Cəmiyyət Materials 9 İyul 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubunun UEFA kubokunda Serbiyanın "Voyvodina" komandası ilə keçirəcəyi oyunların hakimləri məlum olub.

"Olimpik" klubunun iyulun 17-də Serbiyanın Novi-Sad şəhərində keçirəcəyi ilk oyunu Uelsdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Mark Uitbi, onun köməkçiləri isə Brayan Ceyms və Filip Tomas olacaq.

Azərbaycan klubunun Serbiyadakı ilk oyunu "Voyvodina" stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.

"Olimpik"in UEFA kubokunda "Voyvodina" ilə cavab oyununu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Bu oyun iyulun 31-də, saat 19.00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Olimpik" komandasının baş məşqçisi Əsgər Abdullayevdir.

Xəbər lenti

Xəbər lenti