...

Bəstəkar Gövhər Həsənzadə Eurovision müsabiqəsinin iştirakçıları üçün müzikl hazırlayır

Cəmiyyət Materials 9 İyul 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul /TrendLife Eldar Hüseynzadə/

Bəstəkar Gövhər Həsənzadə Musiqi Mədəniyyət Teatrının sifarişi ilə böyük layihə üzərində işə başlayıb. "Müziklın əsas mövzusu şərq və məhəbbət olacaq. Hələlik bütün incəliklər haqqında məlumat verə bilmərəm, çünki libretto artıq yazılmaq üzrədir. Bu ilk işim olduğu üçün məsuliyyətlidir. Əsər iri miqyaslı olacaq. Librettoda Musiqili Komediya Teatrının balet truppası, həmçinin onun orkestri iştirak edəcək",-deyən G. Həsənzadə TrendLife-a məlumat verib.

Bəstəkarın sözlərinə görə, müziklın yaradılması təklifi teatrın rəhbərliyindən gəlib. "Əgər mən özümdən bu əsəri yazsaydım, bir müddət masanın üstündə qalardı. Çox istərdim ki, gəncləri teatra cəlb edim, bunun üçün əlimdən gələni edəcəyəm".

Ərəsə quruluş vermək üçün müziklın müəllifi "Natiq" ritm qrupunu, Eldar Mansurovu, Faiq Sücəddinovu, Mübariz Tağıyevi və başqalarını cəlb edəcək. Gələcək librettonun solistləri Eurovision müsabiqəsinin iştirakçıları Samir Cavadzadə və Elnur Hüseynov olacaq.

"Onların belə iri miqyaslı müsabiqədə çıxış etmək üçün müəyyən təcrübələri bizə çox kömək edəcək. Bundan əlavə bu gənclər özləri inkişaf etməlidirlər, əlbəttəki tamaşada mütləq öz yerlərini tapacaqlar".-bəstəkar qeyd edib.

Müzikl işi ilin sonuna qədər başa çatmalıdır. Bəstəkar librettoya təqdimat dekabrın 31- də- Dünya Azərbaycanlılarının Həmrəylik günü keçirmək istəyir.

Xəbər lenti

Xəbər lenti