...

Azərbaycan mətbuatında peşə etikası normalarının qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 10 İyul 2008 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan mətbuatında peşə etikası normalarının qorunması ilə bağlı iyun ayının 1-dən 30-dək keçirilən monitorinqin nəticələri açıqlanıb.

Trend -un arayış: Monitorinq İnikşaf Sosial İqtisadi Araşdırmalar Mərkəzi və Hüquqi və Demokratik İslahat Mərkəzi tərəfindən keçirilib. Monitorinqə seçmə yolu ilə 11 qəzet - "Yeni Müsavat", "Reytinq", "Bizim yol", "Səs", "Kaspiy" "İki sahil", "Yeni Azəraycan", "Şərq," "525-ci qəzet", "Ayna" və "Azadlıq" daxil edilib.

Trend -un məlumatına görə, İnkişaf Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Mirbəşiroğlu cümə axşamı monitorinqin nəticələrinə dair keçirilən tədbirdə bildirib ki, monitorinqin dəyərləndirmə kriteriyaları jurnalistin peşə etikasının pozulması, məlumat mənbəyinə istinad, şərəf və ləyaqətin toxunulmazlığı prinsipinin gözlənilməsi, plagiatlıq faktlarının bilərəkdən təhrif edilməsi, böhtan, təhqir və əsaslandırılmamış ittiham prinsipləri üzərində aparılıb.

Mirbəşiroğlunun sözlərinə görə, bir ay ərzində aparılmış monitorinqdə 161 pozuntu qeydə alınıb. Pozuntular daha çox "Yeni Müsavat", "Azadlıq" və "Reytinq" qəzetlərində olub. "Yeni Azərbaycan", "Kaspiy", "İki sahil", "Şərq", "Səs"", "525-ci qəzet" və "Ayna" qəzetlərində nisbətən az pozuntu faktları qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti