...

Bu gün Azərbaycanın "Gənclərbirliyi" futbol klubunun taleyinə aydınlıq gələ bilər

Cəmiyyət Materials 11 İyul 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Gənclərbirliyi" futbol klubunun fəaliyyətini davam etdirib-etdirməyəcəyinə bu gün aydınlıq gələ bilər. "Bu gün klubumuzun prezidenti İlqar Nuriyev Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı ilə görüşməlidir. Bu görüş "Gənclərbirdliyi"nin taleyinə aydınlıq gətirəcək", -cümə günü Trend -a "Gənclərbirliyi" klubunun vitse-prezidenti Vaqif Sadıqov deyib.

Trend -un arayışı: Sumqayıtın "Gənclərbirliyi" klubu futbol üzrə Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə 14 komanda arasında 13 - cü yeri tutaraq, birinci diviziona getmək məcburiyyətində qalıb. Bundan sonra komandada maliyyə problemləri baş qaldırıb və "Gənclərbirliyi"nin taleyi sual altına düşüb.

Sadıqov bildirib ki, son vaxtlar Sumqayıt şəhər İcra Hakimiyyəti klubla ciddi maraqlanmağa başlayıb. "AFFA prezidenti Rövnəq Abdullayevə şəxsən müraciət etmişəm. O da söz verib ki, bizə sponsor tapmaqda kömək edəcək", - deyə vitse-prezident əlavə edib.

Klub rəsmisinin dediyinə görə, hazırda "Gənclərbirliyi" növbəti mövsümün hazırlıqları ilə məşğul ola bilmir: "Futbolçularımızın hərəsi bir yerdədir. Hələ sponsor olmadığından, məşqləri davam etdirə bilmirik. Onu da qeyd edim ki, bəzi futbolçuların klubumuzla müqaviləsi qüvvədədir".

Futbol üzrə Azərbaycan Premyer-Liqasının startı bu il avqustun 9-da veriləcək.

Vitse-prezident deyib ki, sponsor problemi həll olunsa, "Gənclərbirliyi" klubu Premyer-Liqada çıxış etməkdən imtina edən "Masallı"nı əvəz etmək iddiasındadır.

Xəbər lenti

Xəbər lenti