...

Azərbaycanın "Karvan" klubu Türkiyədə braziliyalı futbolçuları baxışdan keçirəcək

Cəmiyyət Materials 11 İyul 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" futbol klubu Türkiyədə təlim -məşq toplanışında olarkən, Braziliyidan olan futbolçuları baxışdan keçirəcək. Bu barədə cümə günü Trend -a "Karvan" klubunun mətbuat xidməti məlumat verib.

Yevlax şəhərini təmsil edən "Karvan" komandası Türkiyəyə bu gün axşam yola düşəcək. Komanda bir həftə Türkiyənin Ankara şəhərində hazırlıq keçəndən sonra təlim-məşq toplanışını Boluda davam etdirəcək.

Klubun Türkiyədə olduğu müddətdə 3-4 braziliyalı futbolçunun baxışa dəvət olunması planlaşdırılıb.

"Karvan"ın Türkiyədəki toplanışı avqustun 2-dək davam edəcək.

Klubun mətbuat xidmətinin məlumatına görə, hazırda "Karvan"ın heyətində 18 futbolçu var. Yevlax klubunun transfer etdyi sonuncu oyunçu "Qəbələ" komandasından dəvət olunan Azər Cabbarovdur. "Karvan" klubu bu futbolçu ilə bir illik müqavilə bağlayıb.

Xəbər lenti

Xəbər lenti