...

Hüseyn Cavidin tələbəsi, ümummilli lider Heydər Əliyevin müəllimi 105 yaşında dünyasını dəyişib

Cəmiyyət Materials 12 İyul 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 12 iyul /TrendLife müxbir E. Məmmədov/

Bu gün Naxçıvanda Azərbaycanın qocaman müəllimi, Respublika Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinin ilk rəhbəri, prezident təqaüdçüsü Lətif Hüseynzadə ömrünün 105 illiyində dünyasını dəyişib. Bu haqda TrendLife-a Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsindən xəbər verilib. Lətif Hüseynzadə Azərbaycanın görkəmli yazıçısı Hüseyn Cavidin tələbəsi, ümummilli lider Heydər Əliyevin müəllimi idi. Müəllimlik fəaliyəti sahəsində böyük xidmətinə görə, Lətif Talıb oğlu Hüseynzadə 2002-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib. Qocaman müəllim və tədqiqatçı Lətif Hüseynzadə milli təfəkkürün formalaşmasında, milli irsin tarixinin araşdırmasında əhəmiyyətli rolu olub. L. Hüseynzadənin bir çox işləri arasında XV əsrin görkəmli siyasi xadim və şair Mirzə Cahanşah Həqiqinin (Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu olub) yaradıcılığına həsr olunmuş monoqrafiyanı qeyd etmək olar. Onun sahəsində "Divan" 1966-cı ildə ilk dəfə dərc edilib. L. Hüseynzadə yazmışdı: Həqiqinin "Divan"ı uzun müddət Osman sultanlarının saray kitabxanasında saxlanılırdı, lakin Sultan Əbdülhəmidin vaxtında itirilmişdi. Bir müddət keçəndən sonra "Divan"ı Misirdə Aleksandriya kitabxanasına gətirilmişdi. Sonradan məlum olmayan yollarla kitab Londona gedib-çıxıb. Kitab iki hissədən ibarətdir: ilk hissədə fars qəzəlləri, ikinci hissədə Azərbaycan dilində qəzəllər və rübailər toplanıb. Bu gün "Divan" əlyazması Azərbaycan dilinin tarixində və ədəbiyyatında mühüm yerlərdən birini tutsa da, təssüf ki, kitab Mersop Maştos adına Ermənistan Dövlət Əlyazmalar İnstitutunun 965 №-li qərb ədəbiyyatı şöbəsində saxlanılır.

Allah Rəhmət Eləsin!

Xəbər lenti

Xəbər lenti