...

Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunmuş tələbələr iyulun 22-nə qədər qeydiyyatdan keçməlidirlər

Cəmiyyət Materials 17 İyul 2008 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunmuş tələbələrin siyahısını Dövlət Sərhəd Xidmətinə göndərib və həmin tələbələr 17 - 22 iyul 2008-ci il müddətində Dövlət Sərhəd Xidmətinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Bu barədə cümə axşamı Trend -a TQDK-dan məlumat verilib.

Məlumata əsasən, müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.

Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqəyə riyaziyyat fənni üzrə müsbət nəticə göstərən və ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti