...

Azərbaycanın cənubunda 26 yaşlı gənc intihar edib

Cəmiyyət Materials 19 İyul 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Lənkəran,19 iyul / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda 26 yaşlı gənc intihar edib.

Trend -un məlumatına görə, şənbə günü səhər saatlarında Masallının Göyəçölkənd sakini 26 yaşlı Orxan Məmmədovun yaşadığı evdən kəndirdən asılı vəziyyətdə meyidi tapılıb.

Hadisə ilə bağlı rayon prokurorluğuna məlumat verilib. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti