...

Azərbaycanın "Qarabağ" klubuna dəvət olunan braziliyalı futbolçu viza problemi ilə üzləşib

Cəmiyyət Materials 24 İyul 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu ilə müqavilə bağlayacağı gözlənilən braziliyalı futbolçunun viza ilə bağlı problemi yaranıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

"Qarabağ" klubu Türkiyədə 21 günlük təlim-məşq toplanışı keçərək, Bakıya dünən qayıdıb.

Ağdamı təmsil edən kluba dəvət olunan braziliyalı futbolçunun adı açıqlanmasa da, onun hücumçu mövqeyində çıxış etdiyi bildirilir.

"Qarabağ" komandasının baş məşqçisi Türkiyədən olan Rasim Karadır.

Xəbər lenti

Xəbər lenti