...

Azərbaycanın sərbəst güləşçiləri Olimpiadaya Qubada hazırlaşacaqlar

Cəmiyyət Materials 24 İyul 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Pekin Olimpiadasından əvvəl sonuncu təlim-məşq toplanışını keçmək üçün Qubaya gedib. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Olimpiada bu ilin avqustun 8 -də başlayacaq.

Mətbuat xidmətinin verdiyi məlumata görə, iyulun 29-dan avqustun 4-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycanı gənclərin dünya çempionatında yunan-roma üzrə və sərbəst güləşçilərlə yanaşı, qadın güləşçilər də təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti