Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın gənc qızlardan ibarət otüstü hokkey üzrə yığma komandası Avstriyanın Vyana şəhərində keçirilən Avropa çempionatının "Çelens" mərhələsində finala vəsiqə qazanıb. Bu barədə cümə günü Trend -a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidməti məlumat verib.
Azərbaycanlı otüstü hokkeyçilər final oyununa vəsiqə qazanana kimi Türkiyə (11:0) və Avstriya yığma komandaları (3:1) üzərində qələbə qazanıblar.
Bu gün Azərbaycan yığması Slovakiya komandası ilə görüşəcək. Bu oyunun nəticəsindən asılı olmayaraq, azərbaycanlı otüstü hokkeyçilər sabah keçiriləcək final oyununda iştirak edəcəklər.
Otüstü hokkey üzrə gənc oğlanlar arasında İtaliyada keçirilən Avropa çempionatının "Trofi" adlı mərhələsində iştirak edən Azərbaycan yığması meydana çıxdığı dörd oyunun hamısında məğlub olub.
Azərbaycanın qızlardan ibarət otüstü hokkey yığmasından fərqli olaraq, oğlanların finala çıxmaq şansı qalmayıb.