...

Azərbaycanın kitabxanalarında kitab satacaqlar

Cəmiyyət Materials 30 İyul 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul/ Trend Life müxbir Eldar Hüseynzadə/

Bakının mərkəzində yerləşən Seyidzadə adına kitabxanada şəxsi kitab mağazası yaradılacaq. "Biz kitabxanaların və onların Azərbaycandakı iş formatının islahatların aparılması üzrə iş aparmalıyıq. Mağazaların açılması, kitabxanaların kompüterlərlə təchiz edilməsi ilə, Azərbaycan kitabxanalarına müasir görünüş verməyə çalışacağıq", - Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Trend Life-a bildirib.

Hazırda Bakıda M.Qorki adına kitabxanada nın islahat işləri üzrə iş aparılır. Qarayevin sözlərinə görə, Bakıdakı kitabxanalar yeni xidmət sahələri ilə potensial oxucuları cəlb etməli, müasir informasiya mərkəzləri olmalıdırlar. Ümumilikdə hazırda Dövlət Kitabxana Proqramı hazırlanır və o, hissə-hissə Azərbaycanın rayonlarında reallaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti