...

Azərbaycanın "Neftçi" klubunun iki futbolçusu Türkiyəyə gedəcək

Cəmiyyət Materials 31 İyul 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun aparıcı futbolçuları Zaur Tağızadə və Samir Əliyev müayinə olunmaq üçün sabah Türkiyənin İstanbul şəhərinə gedəcəklər. Bu barədə Trend -a cümə axşamı klubun mətbuat xidməti məlumat verib.

"Neftçi" klubunun kapitanı olan Tağızadə İstanbulda tibbi baxışdan keçəndən sonra əməliyyat oluna bilər. Bu, tibbi müayinənin nəticəsindən asılı olacaq.

Mətbuat xidmətinin məlumatına görə, Tağızadə sol ayağındakı zədədən əziyyət çəkir.

Əliyevin isə, tibbi müayinədən keçəndən sonra "Neftçi" klubunun məşqlərində iştirak edib -etməyəcəyi məlum olacaq.

Hər iki futbolçunun zədə problemi olduğundan, "Neftçi"yə UEFA-İntertoto kubokunun oyunlarında tam kömək edə bilməyiblər. Tağızadə bəzi oyunlarda meydana çıxsa da, Əliyev artıq uzun müddətdir ki, oynamır.

Xəbər lenti

Xəbər lenti