...

Çimərlik futbolu üzrə Avropa kubokunda iştirak edəcək Azərbaycan komandasının təcrübəsi çox azdır – Federasiyanın Baş katibi

Cəmiyyət Materials 7 Avqust 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Ergün/ Bakıda təşkil olunacaq çimərlik futbolu üzrə Avropa kubokunda Azərbaycan yığma komandasının qələbə qazanmaq üçün təcrübəsi çox azdır. "Biz bu böyük yarışda qələbə qazanmaq istərdik. Amma bunun üçün çoxlu yoxlama oyunları keçirməliyik. Komandamızın oyun təcrübəsi çox azdır", - cümə axşamı Trend -a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) Baş katibi Ceyhun Xəlilbəyli deyib.

Trend -un arayışı: Çimərlik futbolu üzrə Avropa kubokunun oyunları bu il sentyabrın 18 -21- də Bakıda keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Portuqaliya, Rusiya, İspaniya, İtaliya, Fransa, Polşa və İsveçrə yığma komandaları iştirak edəcəklər. Bu yarış Bakıda ilk dəfə keçiriləcək.

Xəlilbəyli bildirib ki, Avropa kubokunun oyunları Mərdəkandakı "Dalğa" istirahət mərkəzinin stadionunda keçiriləcək. "Orada bir stadionumuz var. Amma Avropa kubokunun oyunlarına görə, min nəfər azarkeş tutumu olan daha bir stadion tikdiririk", - deyə Federasiya rəsmisi əlavə edib.

Baş katibin dediyinə görə, çimərlik futbolu üzrə Avropa kubokunda iştirakı gözlənilən komandalardan hansısa yarışdan imtina etsə, onu Ukrayna millisi əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti