...

Azərbaycan olimpiadaçılarından ilk medalı cüdoçu qazandı

Cəmiyyət Materials 11 Avqust 2008 15:58 (UTC +04:00)
Azərbaycan olimpiadaçılarından ilk medalı cüdoçu qazandı

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı cüdoçu Elnur Məmmədli bu gün Pekin Olimpiadasında keçirdiyi növbəti görüşdə də qələbə qazanıb. 1/2 final mərhələsində iranlı idmançı Ali Malomat ilə görüşən Azərbaycan cüdoçusu rəqibini məğlub edib.

Artıq finala vəsiqə qazanan Məmmədlinin aktivində gümüş medal var. O, finalda qələbə qazanmaqla qızıl medal əldə edə bilər.

Azərbaycanlı cüdoçu 73 kq çəki dərəcəsində mübarizə aparıb.

Məmmədli cüdo üzrə iki dəfə Avropa çempionu olub, bir dəfə dünya çempionatının gümüş medalını qazanıb.

Xəbər lenti

Xəbər lenti