...

Məşhur "Barselona" klubunun futbolçusu Azərbaycan yığma komandasına qarşı oynayacaq

Cəmiyyət Materials 13 Avqust 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir R.Ergün/ Avqustun 20-də Azərbaycanın futbol üzrə yığma komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq İslandiya millisinin heyəti açıqlanıb.

Azərbaycan yığması ilə görüşdə İslandiya komandasının İspaniyanın məşhur "Barselona" klubunda çıxış edən hücumçusu - Eydur Qudyonsen də iştirak edəcək.

İslandiya - Azərbaycan yoxlama oyunu Reykyavik şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 00.45-də başlayacaq.

Azərbaycan yığma komandasının baş məşqçisi Almaniyadan olan Berti Foqtsdur.

Xəbər lenti

Xəbər lenti