Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" klubu keçmiş futbolçusu Nizami Hacıyevlə bir illik müqavilə bağlayıb. Bu barədə cümə axşamı Trend -a "Olimpik" klubunun mətbuat xidməti məlumat verib.
Hacıyev əvvəllər də "Olimpik" klubunun heyətində çıxış edib. O, Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə "İnter" klubunda oynayıb.
Hacıyev yarımmüdafiəçi mövqeyində çıxış edir.
"Olimpik" Premyer-Liqanın sonuncu mövsümünün gümüş medallarını qazanıb.
Komandanın baş məşqçisi Əsgər Abdullayevdir.