...

Azərbaycanın "Neftçi" klubunun yeni baş məşqçisinin alman Tomas Hesslerin olacağı gözlənilir

Cəmiyyət Materials 25 Avqust 2008 15:42 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubunun yeni baş məşqçisinin alman Tomas Hesslerin olacağı gözlənilir

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun yeni baş məşqçisi Almaniya yığma komandasının keçmiş futbolçusu Tomas Hessler ola bilər. Bu barədə bazar ertəsi Trend -a kluba yaxın mənbələr məlumat verib.

Trend -un arayışı: "Neftçi" klubunun rəhbərliyi dünən keçmiş baş məşqçisi Anatoli Demyanenkonu istefaya göndərib. Ukraynalı baş məşqçini əvəz etmək üçün klub rəhbərliyi Almaniyadan iki, Hollandiyadan bir məşqçi ilə danışıqlar aparırdı.

"Neftçi"nin yeni baş məşqçisi olmağa daha real namizəd hesab olunan Hessler, futbolçu kimi bir çox məşhur klublarda çıxış edib. O, "Yuventus", "Roma" kimi klublarla yanaşı, Almaniya milli komandasının heyətində 101 oyunda meydana çıxıb.

Hessler hazırda Azərbaycan yığma komandasının baş məşqçisi olan Berti Foqtsun Nigeriya yığmasında köməkçisi işləyib.

"Neftçi"nin almaniyalı məşqçi ilə yaxın bir neçə gündə müqavilə bağlayacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti