...

Azərbaycanın "Neftçi" futbol klubunun yeni alman baş məşqçisi məlum olub

Cəmiyyət Materials 29 Avqust 2008 16:50 (UTC +04:00)
Azərbaycanın "Neftçi" futbol klubunun yeni alman baş məşqçisi məlum olub

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun yeni baş məşqçisinin adı məlum olub. Klubun mətbuat xidmətindən Trend -a verilən məlumata görə, bu, almaniyalı Hans Yurgen Gededir.

1956 - cı ildə anadan olan Gede futbolçu kimi "Şalke" və "Fortuna" kimi klublarda çıxış edib. Gede hazırda Azərbaycan yığma komandasının baş məşqçisi olan Berti Foqtsun köməkçisi kimi fəaliyyət göstərir.

O, Azərbaycan millisindən əvvəl Almaniyada, İranda, Özbəkistanda məşqçi kimi fəaliyyət göstərib.

"Neftçi" klubunun rəhbərliyi yeni baş məşqçini futbol ictimaiyyətinə yaxın günlərdə təqdim edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti