...

Əksər mədəniyyət idarələrinin işində islahatlar aparmalıyıq – Azərbaycanın mədəniyyət və turizm naziri

Cəmiyyət Materials 5 Sentyabr 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend Life , müxbir Eldar Hüseynzadə/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev kollegiyanın cümə günü keçirilən və Bakı və onun ətrafındakı mədəniyyət idarələrinin işinə həsr olunmuş iclasında bütün mədəniyyət ocaqlarının işini kəskin tənqid atəşinə tutub. "Prezident İlham Əliyev artıq ikinci ildir ki, Azərbaycanın mədəniyyyət işçilərinə xüsusi etibar göstərir. Lakin biz öz işimizin səviyyəsi ilə bu etibarı doğrultmuruq. Çoxları köhnə qayda ilə işləməyə davam edir. Mənə həmçinin məlumdur ki, bir sıra mədəniyyət idarələrində açıq qanunsuz işlər törədilir. Belə işləmək olmaz!" - Trend Life-ın verdiyi xəbərə görə, Qarayev kollegiya iclasında bəyan edib.

Nazirin sözlərinə görə, Musiqili Komediya Teatrında keçirilən bu kollegiya uğurlu iş haqqında raportun deyil, sağlam tənqidin səslənməsi üçün çağırılıb.

"Biz əksər mədəniyyət idarələrinin işində islahatlar aparmalıyıq. Onların böyük qismi bu gün zəruri olan tələblərə cavab vermir", - Qarayev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti