...

Azərbaycan pauerliftinqçiləri dünya çempionatında iştirak etmək üçün İngiltərəyə gedib

Cəmiyyət Materials 6 Sentyabr 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycanın pauerliftinq üzrə yığma komandası İngiltərənin Birmingem şəhərində keçirilən dünya çempionatında iştirak etmək üçün səfərə çıxıb. Bu barədə şənbə günü Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının heyətində Rüfət Ağayev, İbrahim İbrahimov və Vüsal Mərdanov kimi dünya çempionları olmuş idmançılar da İngiltərəyə gediblər.

Dünya çempionatı sentyabrın 13 -dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti