...

Paralimpiadada iştirak edən Azərbaycan atleti bürünc medal qazanıb

Cəmiyyət Materials 8 Sentyabr 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir R.Ergün/ Pekində keçirilən Paralimpiya yarışlarında azərbaycanlı atlet Vladimir Zayets bürünc medal qazanıb. Bu, Azərbaycanın Paralimpiadada qazandığı ikinci bürünc medal olub.

Zayetsdən əvvəl cüdoçu Ramin İbrahimov bürünc medal qazanmışdı.

Paralimpiadada qızıl medal qazanan idmançıya 200 min, gümüş medal əldə edən idmançıya 100 min, üçüncü yeri tutana isə 50 min manat mükafat veriləcək.

Hazırda Azərbaycan Paralimpiya yarışlarında medal qazanan 29 ölkə arasında 28-ci yeri tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti