...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubunun məğlubiyyətləri azarkeşlərin narazılığına səbəb olub

Cəmiyyət Materials 9 Sentyabr 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi, Türkiyənin birinci liqa komandası olan "Boluspor"un ardıcıl iki oyunda məğlub olması azarkeşlərin narazılığına səbəb olub. Bu barədə Türkiyə mətbuatına klubun prezidenti Necip Çarıkçı məlumat verib.

Klub prezidenti azarkeşləri keçirdiyi iki oyunda məğlub olan komandanı dəstəkləməyə çağırıb.

"Azarkeşlərimiz ağır günlərdə də komandadan dəstəyini əsirgəməməlidir. Hay-küy salmaqla heç nəyə nail ola bilmərik. "Boluspor"un azarkeşləri səbrli olmalıdırlar", - deyə Çarıkçı əlavə edib.

"Boluspor" Türkiyənin birinci liqasında keçirdiyi iki oyunda və dörd kubok görüşündə qapısından altı top buraxaraq, cəmi bir qol vurub.

Qurbanov "Boluspor"a Türkiyə Superliqasında çıxış edən "Sivasspor" klubundan transfer olunub. Onun "Boluspor"da uğursuz çıxış etməsi Azərbaycan yığma komandasından kənarda qalmasına səbəb olub.

Qurbanov əvvəllər Türkiyənin "Fənərbaxça" və Azərbaycanın "Xəzər-Lənkəran" klublarında da çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti